Xəzər Xəbər

Azərbaycan daha dörd hərbi əsiri Ermənistana qaytarıb

Hadisə | 18:18 • 28 Dekabr 2020
Azərbaycan daha dörd hərbi əsiri Ermənistana qaytarıb

Azərbaycan daha dörd erməni hərbi əsiri Rusiya və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistana qaytarıb.

 

"Sputnik Armenia"nın verdiyi xəbərə görə, bu barədə Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan bildirib.

 

"Əsirlərin geri qaytarılması ilə bağlı artıq onların qohumlarına məlumat verilib. Onlar hazırda həkim nəzarəti altındadır və lazımi tibbi və psixoloji yardım alacaqlar", - deyə o qeyd edib.

 

Baş nazirin müavini vurğulayıb ki, hərbi əsirlərin mübadiləsi prosesi davam edəcək.

 

Xatırladaq ki, əsir və girovların qarşılıqlı mübadiləsi əsasında dekabrın 14-də Ermənistana 44 hərbi əsir qaytarılıb./apa

Xəbər lenti