Xəzər Xəbər

Bakıda bir nəfər su quyusuna düşüb

Hadisə | 11:06 • 27 Dekabr 2020
Bakıda bir nəfər su quyusuna düşüb

Bakının Xəzər rayonunda 1 nəfər su quyusunda köməksiz vəziyyətdə qalıb.


Xezerxeber.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda 1 nəfərin su quyusunda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.


Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş dərinliyi təqribən 9 m olan quyuya düşüb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşın quyudan çıxarılmasını təmin ediblər.

Xəbər lenti