Xəzər Xəbər

Azərbaycanda koronavirusa yeni yoluxanların sayı açıqlandı

Hadisə | 17:11 • 24 Dekabr 2020
Azərbaycanda koronavirusa yeni yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus infeksiyasına 1 850 yeni yoluxma faktı qeydə alınıb, 4 226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.


Son sutkada 40 nəfər COVID-19-dan vəfat edib.


İndiyədək ölkədə ümumilikdə 210 061 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 155 886 nəfər müalicə olunaraq sağalıb, 2 380 nəfər vəfat edib. Hazırda 51 795 aktiv xəstə var.


Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 034, bu günə qədər isə ümumilikdə 2 115 991 test icra olunub.


Rubrikanın digər xəbərləri

Xəbər lenti