Xəzər Xəbər

Çin peyvəndi vurulan türkiyəli jurnalist koronavirusa yoluxdu

Hadisə | 16:44 • 23 Dekabr 2020
Çin peyvəndi vurulan türkiyəli jurnalist koronavirusa yoluxdu

Türkiyədə Çin istehsalı olan koronavirus peyvəndi vurduran "Habertürk”ün jurnalisti Kamal Öztürkün testi müsbət çıxıb.


"Cumhuriyet” xəbər verir ki, Öztürk təkrar peyvənd olunmayacağını deyib:


"Birinci peyvənd dozasından sonra, virusa yoluxma səbəbindən peyvəndin ikinci dozasını qəbul edə bilməyəcəm”.


O, qeyd edib ki, testinin müsbət nəticə göstərməsini deməklə peyvənd çalışmaları haqqında mənfi rəy formalaşdırmaq istəmir:


"Bildiyiniz kimi, bir qrup jurnalist dostumla peyvəndləmənin 3-cü mərhələsində könüllü oldum.


15 dekabr 2020-ci il tarixində virus testindən keçdim. Test nəticəm 16 dekabrda mənfi oldu. 17 dekabrda peyvənd edildim.


İki gün heç bir yan təsir görmədim. Üçüncü gün yüngül hərarət, azca baş və əzələ ağrısı oldu. Lakin həkimlərimiz bunun soyuqdan və ya peyvəndin yan təsirindən, yoxsa bu mərhələdə virusa yoluxmağımdan qaynaqlandığını tam olaraq müəyyənləşdirə bilmədilər”./azxəbər

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti