Xəzər Xəbər

Masallıda ikimərtəbəli ev yanıb, xəsarət alan yoxdur

Hadisə | 14:44 • 13 Dekabr 2020
Masallıda ikimərtəbəli ev yanıb, xəsarət alan yoxdur

Masallı rayonunun Qasımlı kəndində ümumi sahəsi 360 m² olan ikimərtəbəli evin 4 otağının yanar konstruksiyaları və dam örtüyü 280 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Xezerxeber.az-a verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Sevinc 

Xəbər lenti