Xəzər Xəbər

Bakıda “Niva” üç maşını əzdi - Foto

Hadisə | 09:38 • 13 Dekabr 2020
Bakıda “Niva” üç maşını əzdi -

Bakının Nərimanov rayonunda dördavtomobilin iştirakı ilə yol qəzası qeydə alınıb.

Hadisə Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində baş verib.

"Niva” markalı avtomobil idarəetmədən çıxaraq işıqforun qırmızı işığında dayanan "VAZ 2115” və iki "Hyundai” markalı avtomobillərə çırpılıb. Daha sonra sürücü avtomobillə birgə ərazidən uzaqlaşıb.

"Hyundai” markalı maşınınsürücüsü Cavid Xəlilovunverdiyi məlumata görə, "Niva” yüksək sürətlə hərəkətdə olub.

Faktla bağlı Yol Patrul Xidmətinə müraciət edilib. Daha sonra "Niva” markalı avtomobili idarə edən sürücü avtomobillə birgə əraziyə gətirilib. O, bildirib ki, hadisədən yayınmaq istəməyib, sadəcə, anası xəstə olduğu üçün ərazini tərk etməli olub.

Nərimanov polisi sürücünü hadisə yerindən yayındığı üçün məsuliyyətə cəlb edib. (apa)


Sevinc 

Xəbər lenti