Xəzər Xəbər

Beyləqanda iki COVID-19 xəstəsi saxlanılıb

Hadisə | 11:50 • 11 Dekabr 2020
Beyləqanda iki COVID-19 xəstəsi saxlanılıb

Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə genişmiqyaslı tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus pandemiyasına yoluxmuş və karantin qaydalarına zidd davranaraq müalicə aldıqları ünvanı tərk edib, 2 rayon sakini -Z.Qarayev və E.Salmanov müəyyən edilib.

Həmin şəxslər rayonun müxtəlif yerlərində aşkar olunaraq müalicə aldıqları ünvanlara geri qaytarılıblar. Onlarla bir daha profilaktiki səpkidə söhbətlər aparılaraq koronavirus pandemiyasının bəşəri bəla olduğunu, bütün dünyanın bu bəladan əziyyət çəkdiyi deyilib.

Beyləqan RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Sevinc 

Xəbər lenti