Xəzər Xəbər

Dələduzluqda ittiham olunan şəxsin məhkəməsi başlayır

Hadisə | 05:58 • 11 Dekabr 2020
Dələduzluqda ittiham olunan şəxsin məhkəməsi başlayır

Bakıda vətəndaşlara qarşı yarım milyon manatdan çox dələduzluqda təqsirləndirilən Samir Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Təqsirləndirilən şəxsin barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.


Qeyd edək ki, Samir Həsənov vətəndaşların etibarından sui-istifadə edərək xüsusi xeyli miqdarda dələduzluq edib. Onun cinayət işi üzrə 7 nəfər zərərçəkən şəxs qismində tanınıb. İş üzrə dəymiş ziyanın 500 min manatdan çox olduğu bildirilir.


S. Həsənova Cinayət Məcəlləsinin 178.4-cü(dələduzluq, xüsusilə külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham verilib. apa


Nərmin


Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti