Xəzər Xəbər

Göygöldə karantin qaydalarını pozan şəxs həbs edilib - Foto

Hadisə | 13:09 • 10 Dekabr 2020
Göygöldə karantin qaydalarını pozan şəxs həbs edilib -

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə gücləndirilmiş iş rejimində xidmət apararaq sakinlər arasında profilaktiki tədbirlər həyata keçirərək, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, dezinfeksiyaedici vasitələrdən yararlanmağı tövsiyə edirlər.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, görünən tədbirlərə baxmayaraq, xüsusi karantin rejimin tələblərinə biganə yanaşan sakinlərə də rast gəlinir.


Polis əməkdaşlarının apardıqları araşdırmalarla xüsusi karantin rejiminin tələblərini pozan 10 nəfər vətəndaş barəsində müvafiq qanunlara uyğun olaraq tədbir görülüb. 


Ümumilikdə karantin dönəmində 339 nəfər məsuliyyətə cəlb olunub ki, onlardan 1 nəfər inzibati qaydada həbs edilib, 2 nəfər barəsində isə cinayət işi başlanıb.


Sevinc 

Xəbər lenti