Xəzər Xəbər

Bərdə sakinindən 8 kq-dan artıq narkotik götürülüb

Hadisə | 12:21 • 10 Dekabr 2020
Bərdə sakinindən 8 kq-dan artıq narkotik götürülüb

Bərdə sakinindən külli miqdarda narkotik vasitə götürülüb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Xezerxeber.az-a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Bərdə rayon Otuzikilər kənd sakini, əvvəllər məhkum olunmuş, 56 yaşlı Nail Qasımov yaşadığı kənd ərazisində saxlanılaraq Qərb Regional Şöbəyə gətirilib. Şöbədə onun üzərinə baxış keçirilən zaman 2 ədəd kağız bükümlərdə ümumi çəkisi 14.97 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.


Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində N. Qasımova məxsus "VAZ 21013” markalı avtomobilin yük yerindən 3 ədəd sellofan torbada ümumi çəkisi 7 kiloqram 900 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərk götürülüb.


Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Nərmin Məcidli


Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti