Bakıda mənzillərin birində kişi meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Xezerxeber.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1953-cü il təvəllüdlü Bakiyev Viktor Vasilyeviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.
Sevinc