Xəzər Xəbər

Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb - Foto

Hadisə | 17:23 • 7 Dekabr 2020
Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb -

Bakının Binəqədi rayonu S.S.Axundov küçəsində naməlum şəxs paytaxt sakini olan bir qadının içərisində pul və mobil telefon olan çantasını soyğunçuıuq yolu ilə talayaraq hadisə yerindən qaçıb. 


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, zərərçəkən xanımın müraciəti əsasında ərazinin yaxınlığında olan Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən həmin şəxs təqib edilərək "isti” izlərlə yaxalanıb. 


Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə təhvil verilən şübhəli şəxsin paytaxt sakini əvvəllər məhkum olunmuş Niyazi Fərəməzov olduğu məlum olub. Bölmədə onun üzərində axtarış aparılarkən zərərçəkənin çantası, eləcə də pul və mobil telefon aşkar edilərək götürülüb. Niyazi Fərəməzovun 5-ci Polis Bölməsində ətrafında əlavə əməliyyat tədbirləri keçirilən zaman onun Binəqədi rayonunda hündürmərtəbəli binaların girişlərindən velosipedlər oğurladığı da məlum olub.


Niyazi Fərəməzov barəsində 5-ci Polis Bölməsində toplanan materialları Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in "102” Zəng Mərkəzinə məlumat verə bilərlər.


Sevinc Yasinqızı 

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti