Xəzər Xəbər

COVID-19 xəstəsinə cinayət işi başlanılıb

Hadisə | 15:36 • 3 Dekabr 2020
COVID-19 xəstəsinə cinayət işi başlanılıb

Gəncə şəhərində xüsusi karantin rejimi qaydalarına zidd olaraq, virusa yoluxan şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur.


Xezerxeber.az xəbər verir ki , DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşları tərəfindən ictimai yerdə aktiv COVID-19 xəstəsi olan 24 yaşlı Ayşən Səmədzadə aşkarlanaraq müalicə təyin edildiyi ünvana yerləşdirilib.


Onun barəsində Gəncə ŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.


Nərmin Məcidli


Xəbər lenti