Xəzər Xəbər

Şamaxıda qəza baş verib

Hadisə | 12:43 • 28 Noyabr 2020
Şamaxıda qəza baş verib

Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report”a verilən məlumata görə, hadisə noyabrın 27-si saat 10 radələrində Şamaxı rayonunun Məlikçobanlı kəndi ərazisində qeydə alınıb.


Rayon sakini G.Usubalıyevin idarə etdiyi "VAZ-21015” markalı minik və Bərdə rayon sakini Ə.Şirinovun idarə etdiyi "Mercedes” markalı yük avtomobilləri toqquşub.


Nəticədə G.Usubalıyevin sərnişini, Məlikçobanlı kənd sakini Elnur Xəlilov aldığı xəsarətlərdən hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.


Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.


Nərmin Məcidli

Xəbər lenti