Xəzər Xəbər

Polşada öldürülən vətəndaşımız ölkəyə gətirilir – Cinayətin üstü isə açılmayıb

Hadisə | 15:19 • 27 Noyabr 2020
Polşada öldürülən vətəndaşımız ölkəyə gətirilir

Polşada öldürülən Müşfiq İsmayılovun nəşi Azərbaycana yola salınıb.


Bu barədə Polşadakı Azərbaycan Diaspor Təşkilatının rəhbəri Fərid Cəfərov məlumat verib. Diaspor rəsmisi cinayətin üstünün hələ də açılmadığını və istintaqın davam etdiyini bildirib:



"Polşa Respublikasında dünyasını dəyişmiş həmyerlimiz Müşviq İsmayılovun nəşini Azərbaycana yola saldıq və 28 noyabr 2020-ci il tarixdə saat 07:30-da Azərbaycana çatacaq.


 

Hazırda araşdırma davam edir və istintaqın yekunu barədə ictimaiyyətə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyi tərəfindən məlumat veriləcək.


Mərhumun ailəsinə və yaxınlarına baş sağlığı verirəm. Allah rəhmət eləsin".



Xatırladaq ki, 1989-cu il təvəllüdlü Müşviq Asif oğlu İsmayılovun meyiti noyabrın 9-da Polşanın Dlugolenka şəhərinin yaxınlığındakı meşədə tapılıb. Polisin məlumatında tibbi ekspert rəyinə əsasən mərhumun asılaraq intihar etdiyi qeyd olunub. Lakin mərhumun yaxınları hadisənin suiqəsd olduğunu bildirib./Sfera.az

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti