Xəzər Xəbər

Maska taxmayanlar cərimələndilər

Hadisə | 17:47 • 25 Noyabr 2020
Maska taxmayanlar cərimələndilər

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə rayon ərazisində tədbirlər mütəmadi olaraq davam etdirilir.


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, qapalı yerlərdə, ictimai nəqliyyatda, mağazalarda və açıq ictimai məkanlarda polis əməkdaşları tərəfindən sakinlər arasında maarifləndirici söhbətlər aparılır, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyin zəruriliyi, sosial məsafənin qorunmasının vacibliyi barədə tövsiyələr verilir.


Reydlər zamanı mağazalara maskasız daxil olan alıcılar polislər tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun şəkildə cərimələniblər. Sahibkarlar, eləcə də alıcıların diqqətinə sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərmələrinin vacibliyi çatdırılıb. Açıq ictimai məkanlarda da bəzi şəxslərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi və yaxud tələb olunan normalara uyğun şəkildə taxmaması aşkarlanıb. Onların da barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.


Həmçinin, rayon ərazisində müəyyən edilmiş qrafikə əsasən dezinfeksiya tədbirləri həyata keçirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti