Xəzər Xəbər

Bakıda yanan avtomobil söndürülüb - YENİLƏNİB

Hadisə | 19:03 • 14 Noyabr 2020
Bakıda yanan avtomobil söndürülüb -

Paytaxtın Səbail rayonu ərazisində minik avtomobilində başlayan yanğın söndürülüb.


Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yanğın zamanı "Audi" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


17:47


Bakının mərkəzində avtomobil yanır.


Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Səbail rayonunda avtomobil yanır. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.


Əlavə məlumat veriləcək.

Xəbər lenti