Xəzər Xəbər

Ermənistanda koronavirusa yoluxanların sayı sürətlə artır

Hadisə | 12:03 • 12 Noyabr 2020
Ermənistanda koronavirusa yoluxanların sayı sürətlə artır

Ermənistanda daha 2 132 nəfərdə koronavirus aşkarlanıb.


Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Bununla da Ermənistanda virusa yoluxanların sayı 112 680-ə yüksəlib.


Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 32 nəfər artaraq 1 668-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 430-a yüksəlib. İndiyədək 70 130 nəfər infeksiyadan sağalıb.


Hazırda Ermənistanda 40 452 aktiv koronavirus xəstəsi var./report

Rubrikanın digər xəbərləri

Xəbər lenti