Xəzər Xəbər

Hikmət Hacıyev: Tərtər Ermənistanın artilleriya hücumuna məruz qalır, xəsarət alan var

Hadisə | 00:40 • 10 Noyabr 2020
Hikmət Hacıyev: Tərtər Ermənistanın artilleriya hücumuna məruz qalır, xəsarət alan var

"Hazırda Tərtər şəhəri Ermənistan tərəfindən ağır artilleriya hücumuna məruz qalır. Bir mülki şəxs yaralanıb. Ermənistanın hərbi-siyasi rəhbərliyi dinc əhaliyə qarşı terror siyasətini davam etdirir. Tərtər Ermənistanın hədəf aldığı bütün hücumlara qətiyyətlə və qürurla müqavimət göstərir".


Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdəki hesabında yazıb.


Xəbər lenti