Xəzər Xəbər

Erməni əsgərlərin cəsədi vəhşi donuzlara yem olur – düşmənin Müfəttişlik orqanından mühüm etiraf

Hadisə | 22:25 • 7 Noyabr 2020
Erməni əsgərlərin cəsədi vəhşi donuzlara yem olur –

Ermənistan mətbuatı Qarabağda ölən erməni əsgərlərinin donuzlara yem olması barədə yazıb və bundan çıxış yolları axtarılır.


Erməni mediası xəbər verir ki, sosial medianın erməni seqmentində  donuzların cəbhə xəttində erməni əsgərlərin cəsədləri ilə qidalanması barədə görüntülər yayılıb.


"Cəbhə bölgəsində qalan cəsədləri yeyən Qarabağdakı "hər şey yeyən" donuzların vəhşi təbiətdə qalma ehtimalları var”. Bu fikri isə "Sputnik Ermənistan”-a müsahibəsində Qida Təhlükəsizliyi üzrə Müfəttişlik orqanının rəhbərinin müavini Narek Ayrapetyan söyləyib.


Bundan əvvəl, Ermənistan Səhiyyə Nazirliyi guya Azərbaycan tərəfinin humanitar atəşkəsi pozması və Bakının Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə müvafiq prosedurlardan imtina etməsi səbəbindən geri götürülə bilməyən Dağlıq Qarabağdakı döyüşlərdə həlak olan erməni əsgərlərinin cəsədlərinin mövcudluğunun ciddi nəticələrə səbəb olacağını bildirmişdi. Nazirlik eyni zamanda bunun müxtəlif epidemiyaların yayılmasına (vəba, tularemiya, leptospiroz, hepatit A, dizenteriya və s.) səbəb olacağını da istisna etməmişdi. Sözügedən açıqlamada mövcud epidemioloji vəziyyətin təkcə erməni tərəfi, Qarabağı deyil, İranı da təhdid etdiyi qeyd edilmişdi.


Nazirlik, hərbi əməliyyatlar zamanı və sonrasında baş verə biləcək epidemiyalara görə məsuliyyətin tamamilə Azərbaycan səlahiyyətlilərinə aid olması ilə bağlı xəbərdarlıq da etmişdi. Ermənistanın ombudsmanı Arman Tatoyan da bu məsələyə toxunub.


Musavat.com isə xatırladır ki, müharibənin ilk günlərindən etibarən ermənilər öz cəsədlərinin döyüş bölgəsindən çıxarılmasında maraqlı olmayıb. Çünki minlərlə itki verən erməni ordusu bu rəqəmi gizlədir, hakimiyyət ölü sayını qəsdən az göstərir və başa düşür ki, bu meyitlərin ailələrinə qaytarılması gerçək itkiləri üzə çıxararaq, ölkədə böyük bir vətəndaş müharibəsinə, üsyana səbəb ola bilər.


N.Ayrapetyan deyib ki, cəbhə xəttindəki epidemioloji vəziyyətə nəzarət etmək mümkün deyil, lakin təsərrüfatların bombalanması və məhv olması səbəbi ilə vəhşi heyvanların Ermənistana gətirildiyinə dair heç bir dəlil yoxdur. "Bu donuzlar, indi vəhşi bir həyat tərzi sürürlər. Çox güman ki, belə də qalacaqlar. Xırda və iri buynuzlu heyvanların Ermənistana daşınmasına ciddi nəzarət edilir. Amma onların sırasında donuzlar yoxdur”.


Bundan əvvəl, Ermənistanın Ətraf Mühit Nazirliyi beynəlxalq təşkilatlara, ətraf mühit konvensiyalarının icra katiblərinə müraciət edərək Qarabağ münaqişəsi zonasında qalan cəsədlərin problemini həll etməyi istəmişdi.


Nazirlik etiraf etmişdi ki, vəziyyət nəzarətdən çıxır və bütün bölgə üçün humanitar və ekoloji fəlakətə çevrilə bilər: "Döyüş meydanındakı cəsədlərlə bağlı vəziyyət artıq nəzarətdən çıxır. Belə bir humanitar fəlakət təhlükəli yoluxucu heyvan xəstəliklərinin yayılması da daxil olmaqla dəhşətli ekoloji problemlərə səbəb ola bilər”.


Bununla belə düşmən meyitlərini cəbhə bölgəsindən götürmək niyyətində görünmür.../musavat.com

Xəbər lenti