Xəzər Xəbər

Ağdərə istiqamətində düşmənin şəxsi heyəti məhv edildi

Hadisə | 08:16 • 7 Noyabr 2020
Ağdərə istiqamətində düşmənin şəxsi heyəti məhv edildi

Müdafiə Nazirliyindən verilən məlumata görə, cəbhənin Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində döyüş mövqelərinin artilleriya atəşinə tutulması nəticəsində şəxsi heyət arasında ölən və yaralananlar var. Düşmənin bir neçə avtomobil texnikası və minaatan qurğusu sıradan çıxarılıb.


Azərbaycan Ordusu bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin 6-cı dağatıcı alayın 1-ci taboru bölmələrinin şəxsi heyət arasında itkilər var. Düşmənin D-30 artilleriya divizionunun 3-cü batareyasının topları da sıradan çıxarılıb.


Xəbər lenti