Xəzər Xəbər

Dövlət Komitəsi: Xədicə ilə bağlı yayılan videolar reallığı əks etdirmir

Hadisə | 11:51 • 6 Noyabr 2020
Dövlət Komitəsi:

Sosial şəbəkələrdə Gəncə terroru zamanı hər iki valideyni və bacısı həlak olan Şahnəzərli Xədicənin görüntüləri yayılıb. Görüntülərdə Xədicənin kimdə qalması üstündə münaqişə yarandığı iddia olunub.


Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov "Report”a bildirib ki, yayılan görüntülər reallığı əks etdirmir:


"Video yeni deyil, təxminən 5-6 günə aiddir. Sonuncu dəfə dünən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri və psixoloqlar həmin ailədə olub. Uşağın marağı nəzərə alınıb. Ailələr arasında münaqişə yoxdur. Hər iki tərəfin uşaqla görüşmək, münasibətdə olmaq hüququ təmin edilib. Hazırda hüquqi statusla bağlı bütün sənədləşmə işləri aparılır. Heç bir problem yoxdur. Məsələ həm dövlət qurumları, həm də yerli icra hakimiyyəti tərəfindən nəzarətdədir. Uşağın kimdə olması məsələsinə gəlincə, bu məlumatlar konfidensial saxlanılır”.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti