Xəzər Xəbər

Bizə heç kim kömək etməyəcək İşğalçı ordu darmadağın olur

Hadisə | 11:40 • 6 Noyabr 2020
Bizə heç kim kömək etməyəcək

Dünən qondarma "Dağlıq Qarabağ respublikası”nın insan haqları "müdafiəçisi” Artak Beqlaryan istefaya verməyə hazırlaşdığını bəyan edib.


Bu barədə o, "Facebook” səhifəsində canlı yayım zamanı danışıb.


Dırnaqarası ambudsman istefasından savayı ermənilərə vacib mesajlar verib. O, çıxışı zamanı dolayı yolla olsa da, müharibədə məğlub olduqlarını və ermənilərin aciz duruma düşdüklərini etiraf edib. Artak Beqlaryan Ermənistanın daban yalamaq siyasətindən çıxış edərək heç bir ölkənin onlara yardım etmədiklərini də bəyan edib:


"Düşünməyək ki, kimsə bizə kömək edəcək. Kimsə kömək etsə belə, bunu bizə görə yox, özünün siyasi maraqlarına görə edəcək”.


Əlsində Beqlaryan bu ifadələri ilə hazırda ölkəsinin regionda prezervativ rolunu oynamasını söyləyib. Ermənistanın istifadə müddəti qurtardığı üçün onun havadarları müəyyən dəstəklərlə İrəvanın sadəcə kölnünü almağa çalışır.


Qondarma rejiminin "ambudsman"ının sözləri Dağlıq Qarabağda Azərbaycan Ordusunun böyük uğurlarından da xəbər verir. Məhz ordumuzun işğalda olan torpaqların azad edilməsi istiqamətində keçirdiyi əks hücum əməliyyatları tezliklə Dağlıq Qarabağın bütövlükdə işğaldan azad ediləcəyini göstərir.


Nəzərə almaq lazımdır ki, 27 sentyabrdan bu yana Ermənistan ordusu milyardlarla dollar dəyərində hərbi texnika, silah-sursatını itirib. Həmçinin düşmənin minlərlə hərbçisi Azərbaycan ordusu tərəfindən məhv edilib. 


BAKU.WS

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti