Xəzər Xəbər

Bakıda avtomobil, Tovuz və Ağcabədidə ev yanıb

Hadisə | 09:46 • 31 Oktyabr 2020
Bakıda avtomobil, Tovuz və Ağcabədidə ev yanıb

Bakı şəhərinin Yasamal rayonunda "Opel” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.


Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürlüb.


Tovuz rayonunun Alakol kəndində ümumi sahəsi 124 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürlüb.


Ağcabədi rayonunun Boyat kəndində ümumi sahəsi 168 m² olan evin mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürlüb.​

Xəbər lenti