Xəzər Xəbər

Vəhşi ermənilər Gəncədə 10 məktəblini yaralayıb - RƏSMİ

Hadisə | 18:10 • 12 Oktyabr 2020
Vəhşi ermənilər Gəncədə 10 məktəblini yaralayıb - RƏSMİ

Oktyabrın 11-də gecə saatlarında Gəncənin mərkəzi hissəsində çoxmənzilli yaşayış binalarının Ermənistan Silahlı Qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dördü qadın olmaqla 9 nəfər həlak olub.


Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.


Bildirilib ki, həmçinin 16-sı qadın, altısı azyaşlı olmaqla 34 nəfər yaralanıb, 10-dan artıq çoxmənzilli binaya, 100-dən çox müxtəlif təyinatlı obyektlərə, o cümlədən məktəb binalarına ziyan dəyib.


Yaralananlardan 10 nəfəri məktəblidir. Ömər Mehdiyev Gəncə şəhəri 32 nömrəli tam orta məktəbin 2-ci, Səlim Mustafazadə həmin məktəbin 11-ci, Murad Cavadov 3-cü, Dinarə Muradova 2-ci, Rauf Muradov 4-cü, Hüseyn Əliyev 3-cü, Sevinc Rəhimova 6-cı sinif şagirdləridir.


Aysu Əliyeva isə Gəncə şəhəri 20 nömrəli tam orta məktəbin 10-cu, Şəfa və  Şəmiddin Şirinovlar 25 nömrəli tam orta məktəbin 6-cı və 7-ci sinfində təhsil alırlar.

Xəbər lenti