Xəzər Xəbər

Düşmən Gəncəni “SCUD” ballistik raketi ilə vurub - RƏSMİ

Hadisə | 15:46 • 12 Oktyabr 2020
Düşmən Gəncəni “SCUD” ballistik raketi ilə vurub - RƏSMİ

Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə yaşayış binasına Ermənistan silahlı qüvvələri tərəfindən törədilən raket hücumu "Elbrus” ballistik raketi (SCUD) ilə həyata keçirilib.


XəzərXəbər xəbər verir ki, bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) icraçı direktoru Qəzənfər Əhmədov açıqlama verib.


"Bu gün Gəncənin mərkəzində sıx yaşayış məntəqəsinə atılan bir raketin son parçalarını topladıq. Əvvəlcə bunun "Toçka U” raketi olduğunu zənn etsək də, yeni parçaların təhlili bunun "Elbrus” ballistik raketi olduğunu dəqiqliklə söyləməyə imkan verir”,- deyə o, bu gün Gəncədə xarici diplomatlarla keçirilən brifinqdə qeyd edib.


Onun sözlərinə görə, raketin üzərində onun növünü müəyyənləşdirməyə imkan verən "8K14” yazısı aşkarlanıb. Əhmədov bildirib ki, raketin uçuş məsafəsi 300 kilometrdir.


Öz növbəsində, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, NATO tərəfindən "SCUD” adı ilə tanınan ballistik raket ilə bu qədər böyüklükdə bir şəhəri hədəf almağın vandalizm və müharibə cinayət olduğunu bildirib.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti