Xəzər Xəbər

FHN düşmənin törətdiyi dağıntılarla bağlı məlumat yaydı

Hadisə | 13:48 • 10 Oktyabr 2020
FHN düşmənin törətdiyi dağıntılarla bağlı məlumat yaydı

Ermənistan silahlı qüvvələri bu gün saat 12.00-a qədər Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edib.


XəzərXəbər FHN-ə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin atdığı mərmilər Tərtər rayonunda dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzillərin birində və binanın dam örtüyündə yanğına səbəb olub.


Əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğının qarşısı alınaraq mənzilin bir hissəsi və digər mənzillər yanğından mühafizə olunub.


Bundan başqa, düşmənin atdığı mərmilər Tərtər rayonunda iki ünvanda və Ağdam rayonunda bir ünvanda vətəndaşlara məxsus təsərrüfat obyektlərində yanğın törədib. Yanğınsöndürmə qüvvələri tərəfindən obyektlərin bir hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.


Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin "112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar