Xəzər Xəbər

Rusiyada dizel yanacağı çaya töküldü, fövqəladə vəziyyət elan edildi

Hadisə | 10:55 • 10 Oktyabr 2020
Rusiyada dizel yanacağı çaya töküldü, fövqəladə vəziyyət elan edildi

Rusiyanın Krasnoyarsk vilayətinin Kejemski rayonunda dizel yanacağı Anqara çayına tökülüb.


Bu barədə RT Rusiya Fövqəladə Hallar Nazirliyinin regional şöbəsinə istinadla məlumat yayır:


"Anqara çayına neft məhsulu tökülməsi ilə əlaqədar Kejemski bölgəsi ərazisində fövqəladə vəziyyət tətbiq edilib”.


İlkin məlumata görə, Anqaraya təxminən 500 litr dizel yanacağı tökülüb.

Xəbər lenti