Xəzər Xəbər

Yevlaxda maşın aşıb: beş nəfər yaralanıb

Hadisə | 10:49 • 10 Oktyabr 2020
Yevlaxda maşın aşıb: beş nəfər yaralanıb

Yevlax rayonunda minik avtomobilinin aşması nəticəsində beş nəfər yaralanıb.


APA-nın məlumatına görə, hadisə Aran qəsəbəsi yaxınlığından keçən avtomagistralda baş verib. İdarəetmədən çıxan minik avtomobili aşıb.


Qəza nəticəsində beş nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar – 1980-ci il təvəllüdlü Sumqayıt şəhər sakini İlkin Rəimov, 1985-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Rizvan Vəliyev, 1996-cı il təvəllüdlü Tərtər rayon sakini Mahir Hüseynli, 1994-cü il təvəllüdlü Tərtər rayon sakini Nahid Zülqədərli və 1989-cu il təvəllüdlü Tərtər rayon sakini Nahid Qasımov xəstəxanaya yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti