Xəzər Xəbər

Ordumuz xeyli sayıda düşmən texnikasını ələ keçirdi FOTO

Hadisə | 15:03 • 9 Oktyabr 2020
Ordumuz xeyli sayıda düşmən texnikasını ələ keçirdi

XəzərXəbər xəbər verir ki, bu barədə XəzərXəbər-in cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı məlumat verib.


Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində düşmən yenə də geri çəkilib və hərbi texnikalarını ataraq qaçıb.


Hərbçilərimiz ermənilərin 30-dan çox tank və BTR-ni  ələ keçirib.


Avtomobillərin içərisində erməni əsgərlərinə məxsus əsgər geyimləri, əsgər ləvazımatları, rabitə və digər mühüm hərbi vasitələr aşkar edilib.


Hərbi texnikaların hamısı işlək vəziyyətdədir.


Qeyd edək ki, daha əvvəl düşmənin xeyli sayıda hərbi texnikası ələ keçirilmişdi.










Xəbər lenti