Xəzər Xəbər

Ermənistan itkilər verməkdə davam edir: Bir general və iki polkovnik

Hadisə | 21:29 • 28 Sentyabr 2020
Ermənistan itkilər verməkdə davam edir:

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah Kəşfiyyat Müdirliyinin başçısı, general-mayor Arakel Martikyan təmas xəttində partlayış nəticəsində ölüb.


Trend bu barədə erməni KİV-lərinə istinadən məlumat verir.


Məlumatlara görə, genralla bərabır Ermənistan ordusu daha iki yüksəkrütbəli zabitini itirib. Bunlar Xüsusi Təyinatlı Briqadanın komandiri, polkovnik-leytenant Vardanyan Lernik Aregi və polkovnik Nikolay Mikaeloviç Aykyandır.


Qeyd edək ki, Ermənistan rəsmiləri itkiləri gizlətməyə çalışır. Rəsmi olaraq Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsun Ovanisyan ölü sayının 59-a çatdığını bildirib.


Ermənistan itkilər verməkdə davam edir: Bir general və iki polkovnik - Gallery Image

Xəbər lenti