Xəzər Xəbər

Ermənistanın dinc əhaliyə hücumları davam edir: Yerli sakinlər isə qorxmadan evlərindədir

Hadisə | 17:33 • 28 Sentyabr 2020
Ermənistanın dinc əhaliyə hücumları davam edir: Yerli sakinlər isə qorxmadan evlərindədir

Ön xətdə Azərbaycan Ordusunun əks-hücumu qarşısında tab gətirməyən düşmən cəbhəboyu ərazilərdəki yaşayış məntəqələrini, mülki insanların evlərini artilleriya atəşinə tutmaqda davam edir. Cəbhə bölgəsində yerləşən digər rayonlarda olduğu kimi, Tərtərdə də yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində mülki şəxslərdən ölən və yaralananlar var, evlərə və infrastruktura ciddi ziyan dəyib.


Tərtər rayonunda düşmənin atəşinə məruz qalan ərazilərə gedərək, qəhrəman tərtərlilərlə həmsöhbət olub.


Tərtər şəhər sakini 84 yaşlı Aşur Muradov düşmən təxribatlarına baxmayaraq heç zaman doğma şəhərini tərk etmədiyini bildirdi: "İstər 1990-cı illərin əvvəllərində, istərsə də sonrakı dövrlərdə - 2016-cı ilin aprelində Tərtər dəfələrlə düşmənin hücumlarına, top atəşlərinə məruz qalıb. Amma nə mən, nə də ailəm heç vaxt şəhərimizi tərk etməmişik. Çünki biz öz torpaqlarımızdayıq, öz şəhərimizdəyik və Vətənimizi sevirik. Düşmən bilsin ki, təxribatları ilə heç nəyə nail ola bilməyəcək. Qüdrətli ordumuz bütün torpaqlarımızı işğalçılardan azad edəcək".


Sonra ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində dağılan evlərdən bir neçəsinə baş çəkdik. Tərtər şəhər sakini Zenfira Sultanova ilə düşmən mərmisinin partlaması nəticəsində dağılan evinin qarşısında söhbət etdik. O bildirdi ki, mərmi evə düşən vaxt xoşbəxtlikdən evdə olmayıblar: "Biz evdən çıxandan 10 dəqiqə sonra mərmi düşdü. Evi yeni təmir etmişdik. Ancaq evimizin dağılmasına görə məyus olmuruq. Təki erməni işğalına son qoyulsun. Təki qələbə qazanaq".


Digər sakin Elxan İsmayılov dedi ki, ermənilər şəhəri atəşə tutanda küçədə olub: "Qəfildən yaxınlıqda güclü partlayış səsi eşidildi. Baxdım ki, evimiz dağılıb”.


Tərtər rayonunda məcburi köçkünlər üçün salınan yaşayış kompleksi də düşmənin artilleriya atəşinə məruz qalır. Biz yaşayış kompleksində olarkən də ərazidə çoxsaylı mərmi partlayışlarının şahidi olduq. Lakin partlayış səsləri və dağıntılara baxmayaraq məcburi köçkünlərin çöhrəsində nikbinlik, qələbəyə əminlik, torpaqlarımızın işğaldan azad olunacağına böyük inam hiss edilirdi.


Elə Kəlbəcər rayonundan olan məcburi köçkün Münəvvər Cəmilova da tezliklə doğma yurdlarına qayıdacaqlarına əminliyini ifadə etdi. "Eşidilən atəş səsləri, partlayışlar bizi qorxutmur. Hər birimizi düşündürən əsas məsələ doğma torpaqlarımızın azad olunmasıdır. Ordumuzun bir sıra kəndlərimizi və yüksəklikləri azad etməsi xəbərini eşidəndə sevincdən gözlərimiz yaşardı. Murov zirvəsinin azad edilməsi isə doğma Kəlbəcərimizə qayıtmaq inamımızı daha da artırdı. Biz ordumuzun qələbə qazanacağına, bütün torpaqlarımızın azad olunacağına əminik", - deyə Kəlbəcərdən olan məcburi köçkün bildirdi./trend

Rubrikanın digər xəbərləri

Kəlbəcərdə yük maşını aşıb
Kəlbəcərdə yük maşını aşıb ölən var
15:26 • 17 Mart 2024
Xəzər dənizində
Xəzər dənizində ZƏLZƏLƏ
19:12 • 15 Mart 2024
Bakıda iki nəfər tonqala düşüb
Bakıda iki nəfər tonqala düşüb
11:33 • 13 Mart 2024
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb FİLM KİMİ CİNAYƏT
09:35 • 13 Mart 2024
Polis əməkdaşları həlak olublar
Polis əməkdaşları həlak olublar
06:43 • 13 Mart 2024
Balakəndə bacısını bıçaqlayan şəxs
Balakəndə bacısını bıçaqlayan şəxs SAXLANILDI
09:40 • 12 Mart 2024

Xəbər lenti