Xəzər Xəbər

Tovuzda faciəvi hadisə - ÖLƏN VAR

Hadisə | 10:05 • 22 Sentyabr 2020
Tovuzda faciəvi hadisə - ÖLƏN VAR

Ötən gün ölkədə baş verən yol qəzalarının statistikası məlum olub.


XəzərXəbər xəbər verir ki, həftənin ilk günündə ölkə ərazisində ölüm və ya xəsarətlə nəticələnən 8 yol-nəqliyyat hadisəsi qeydə alınıb.


Nəticədə 2 nəfər vəfat edib. Daha 7 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.


Ölümlə nəticələnən hadisələr Tovuz rayonunda və Şirvan şəhərində qeydə alınıb. Belə ki, Tovuzun Aşağı Quşçu kəndində naməlum avtomobil 29 yaşlı vuraraq hadisə yerindən qaçıb. Gənc yerindəcə vəfat edib. Şirvan şəhərində isə 1966-cı il təvəllüdlü piyada avtomobil vurması nəticəsində ölüb.

Xəbər lenti