Bakıda silahlı insident baş verib.
XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 15-də saat 2 radələrində Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini Ç.Rəhimovun xuliqanlıq zəminində pnevmatik tüfəngdən açdığı atəşlə kürəkəni N.Allahverdiyevin qol nahiyəsinə xəsarət yetirməsi barədə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə məlumat daxil olub.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ç.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.
Ondan "Qamo” markalı pnevmatik tüfəng və 42 ədəd patron (pnevmatik) götürülüb.