Xəzər Xəbər

Ermənistanda koronavirusdan ölənlərin sayı 864-ə yüksəlib

Hadisə | 11:15 • 27 Avqust 2020
Ermənistanda koronavirusdan ölənlərin sayı 864-ə yüksəlib

Ermənistanda daha 203 nəfərdə koronavirus aşkarlanıb.


Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Bununla da Ermənistanda virusa yoluxanların sayı 43 270-ə yüksəlib.


Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 864-ə çatıb. İndiyədək 36 988 nəfər infeksiyadan sağalıb.


Hazırda Ermənistanda 5 153 aktiv koronavirus xəstəsi var.

Xəbər lenti

Çox oxunanlar