Xəzər Xəbər

Kanalizasiya qapaqlarını oğurlayan şəxs saxlanıldı

Hadisə | 10:41 • 27 Avqust 2020
Kanalizasiya qapaqlarını oğurlayan şəxs saxlanıldı

Paytaxt ərazisində kanalizasiya qapaqları oğurlanıb.


Hadisə avqustun 10-u gecə saatlarında Sulutəpə qəsəbəsi, A.Allahverdiyev küçəsində qeydə alınıb.


Belə ki, naməlum şəxs kanalizasiya qapaqlarını oğurlayıb.


Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən 1972-ci il təvəllüdlü Mehman Allahverdiyev saxlanılıb.


Faktla bağlı araşdırma aparılır./Report

Xəbər lenti