Xəzər Xəbər

Polis 15 kq narkotik aşkarlayıb, saxlanılan var - FOTO

Hadisə | 15:20 • 26 Avqust 2020
Polis 15 kq narkotik aşkarlayıb, saxlanılan var -

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan daha bir şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Sumqayıt şəhərində keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qubadlı rayon sakini Ramin Qasımlı tutulub. Şəxsi axtarış zamanı onun üzərindən 2 qram psixotrop maddə metamfetamin aşkar edilib. Ramin Qasımlıının idarə etdiyi "Lada” markalı avtomobilin yük yerindən isə 12 kiloqram heroin və 3 kiloqram psixotrop maddə metamfetamin aşkar edilib. Sonuncu əməliyyat nəticəsində 15 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.


Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxs hələlik adı istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitələri Yardımlı rayonunda qəbul edib və Sumqayıt şəhərinə gətirərək satışını təşkil etmək istəyib.


Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Ramin Qasımlı tutularaq istintaqa təqdim olunub. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti