Xəzər Xəbər

Bakıda saxta əskinas hazırlayan dəstə yaxalandı

Hadisə | 10:26 • 26 Avqust 2020
Bakıda saxta əskinas hazırlayan dəstə yaxalandı

Bakıda saxta pul hazırlayan şəxslər aşkarlanıb. Trend-in məlumatına görə, hadisə avqustun 21-də Yasamal rayonu, B. Məcidov küçəsində yerləşən mağazada baş verib. Həmin mağazadan telefon almaq üçün 5 ədəd 50 manatlıq saxta əskinas, avqustun 23-də Nəsimi rayonu 20 Yanvar küçəsində dönər evindən 1 ədəd 50 manat saxta əskinas verilməsi ilə bağlı polisə məlumat daxil olub.


XəzərXəbər xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinas dövriyyə buraxmaqda şübhəli bilinən Yasamal rayon ərazisində kirayə yaşayanlar - 1992-ci il təvəllüdlü Xaləddin Məmmədov və pulları hazırlayan əvvəllər məhkum olunan, 1991-ci il təvəllüdlü Rəşad Hacıyev tutulub.


Onların yaşadığı mənzildən saxta pul hazırlayan çap vasitələri və X, Məmmədovdan 8 ədəd saxta 50 manatlıq əskinaslar götürülüb.


Faktla bağlı araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti