Xəzər Xəbər

Sumqayıtda külli miqdarda narkotik aşkarlanıb - FOTO

Hadisə | 16:26 • 25 Avqust 2020
Sumqayıtda külli miqdarda narkotik aşkarlanıb -

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən bir neçə gün əvvəl həyata keçirilən əməliyyat nəticəsində 1 kiloqramdan artıq narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduğu üçün saxlanılan Məcid Şamilovun həmin vasitələri əldə etdiyi şəxs də tutulub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, həyata keçirilən əməliyyat zamanı ona narkotik vasitələri Abşeron rayon sakini Anar Bayramov tərəfindən verildiyi məlum olub. Anar Bayramov polislər saxlayan zaman İranda yaşayan şəxsiyyəti istintaqa məlum olmayan bir nəfərin sifarişi ilə narkotik vasitələrin satışını təşkil etdiyini bildirib.


Polis əməkdaşları tərəfindən narkotik vasitələrin pulunu müxtəlif yollarla Azərbaycandan İrana göndərən Astara rayon sakini Vahid Rəcəbov da saxlanılıb.


Faktla bağlı hər 3 şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti