Xəzər Xəbər

Bakıda köşkdən 3 min manatlıq oğurluq edildi

Hadisə | 12:56 • 25 Avqust 2020
Bakıda köşkdən 3 min manatlıq oğurluq edildi

Bakıda köşkdə oğurluq hadisəsi baş verib.


Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki köşklərin birindən 3 000 manat dəyərində tütün məmulatı, danışıq kartları və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Orucov saxlanılıb.

Xəbər lenti