Xəzər Xəbər

Azərbaycanda daha bir həkim koronavirusdan sağaldı

Hadisə | 10:41 • 25 Avqust 2020
Azərbaycanda daha bir həkim koronavirusdan sağaldı

Mərkəzi Gömrük Hospitalında COVID-19-dan müalicə alan Bakı şəhəri 26 saylı şəhər xəstəxanasının terapevti Gülnar Ağayeva ötən gün sağalaraq evə yazılıb.


Bu barədə hospitaldan məlumat verilib.


Məlumat üçün bildirək ki, G.Ağayeva ön cəbhədə virusa xəstələri müalicə etdiyi zaman yoluxub. Digər tibb müəssisəsində müalicə almasına baxmayaraq Gülnar həkimin səhhəti yaxşılaşmağa doğru getmirdi. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəhbərliyi ilə əldə olunan razılığa əsasən avqustun 12-də Gülnar Ağayeva Mərkəzi Gömrük Hospitalının Reanimasiya və İntensiv Terapiya şöbəsində yerləşdirildi. Daxil olarkən onun vəziyyəti kritik ağır idi, saturasiyası aşağı, hərarəti yüksək və nəfəs almaqda çətinlik çəkirdi. 


Hospitalın reanimatioloqlarının, infeksionist həkimlərinin və orta tibb personalının gərgin əməyi sayəsində Gülnar Ağayeva sağalaraq doğmalarının yanına qayıtdı. /report

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti