Xəzər Xəbər

Lənkəranda baş verən yol qəzasında 4 nəfər yaralandı

Hadisə | 10:18 • 25 Avqust 2020
Lənkəranda baş verən yol qəzasında 4 nəfər yaralandı

Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.


Hadisə ötən gecə Lənkəran-Lerik yolunun rayonun Qrumba kəndi ərazisindən keçən hissəsində baş verib.


Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil hərəkətdə olan zaman sürücü idarəetməni itirərək yoldan çıxıb və yol kənarındakı qaz borusuna çırpılıb. Nəticədə 4 nəfər xəsarət alıb.


Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Xəsarət alanlardan  Lənkəran şəhər sakini, 1998-ci il təvəllüdlü Mehdi Azər oğlu Əkbərov və Darquba kənd sakini, 2000-ci il təvəllüdlü Rusif Rafiq oğlu Babayev vəziyyətləri daha ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər. Qapalı kəllə-beyin travması alan Şilavar kənd sakinləri, 1999-cu il təvəllüdlü Orxan Məhəmməd oğlu Ağacanov və 2000-ci il təvəllüdlü Vüqar Elşad oğlu Əlizadə travmatologiya şöbəsinə yerləşdiriliblər. Onların vəziyyətləri kafidir. Hadisəni törədən sürücü saxlanılaraq izahatı alınması üçün polis şöbəsinə aparılıb.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti