Xəzər Xəbər

Ermənistanda koronavirusdan ölənlərin sayı 854-ə yüksəldi

Hadisə | 11:15 • 24 Avqust 2020
Ermənistanda koronavirusdan ölənlərin sayı 854-ə yüksəldi

Ermənistanda daha 33 nəfərdə koronavirus aşkarlanıb.


Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Bununla da Ermənistanda virusa yoluxanların sayı 42 825-yə yüksəlib.


Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 854-ə çatıb. İndiyədək 36 049 nəfər infeksiyadan sağalıb.


Hazırda Ermənistanda 5 666 aktiv koronavirus xəstəsi var.

Xəbər lenti