Xəzər Xəbər

Bakıda BƏDBƏXT HADİSƏ: Beşinci mərtəbədən yıxıldı

Hadisə | 09:52 • 24 Avqust 2020
Bakıda BƏDBƏXT HADİSƏ: Beşinci mərtəbədən yıxıldı

Bakıda bədbəxt hadisə baş verib.


Bu barədə XəzərXəbər-ə Fövqəladə Hallar Nazirliyindən məlumata verilib.


Bildirilib ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının eyvanından düşərək birinci mərtəbədəki mənzilin damında köməksiz vəziyyətdə qalıb.


Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisənin baş verdiyi ünvana cəlb olunub.


Xilasedicilər yaralı vəziyyətdə olan vətəndaşı müvafiq qaydada damdan düşürüb hadisə yerinə çağırılan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verərək xilas olunmasını təmin ediblər.

Rubrikanın digər xəbərləri

Xəbər lenti