Xəzər Xəbər

Salyanda kişi arvadını iş yerində qətlə yetirdi

Hadisə | 17:07 • 22 Avqust 2020
Salyanda kişi arvadını iş yerində qətlə yetirdi

Daha bir ailə münaqişəsi ölümlə bitib. Faktla bağlı Salyan rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır


Salyanda qətl hadisəsi olub.


XəzərXəbər APA-ya istinadən bildirir ki, Salyan sakini, 1982-ci il təvəllüdlü Əliyev Namiq Həmdulla oğlu həyat yoldaşı, 1983-cü il təvəllüdlü Səfərova Bəsti Yunis qızını ailə münaqişəsi zəminində iş yerində bıçaqla qətlə yetirib.


N.Əliyev polis tərəfindən saxlanılıb.


Faktla bağlı Salyan rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti