Xəzər Xəbər

Xəzərdə dalğanın hündürlüyü 4.8 metrə çatdı FAKTİKİ HAVA

Hadisə | 12:27 • 22 Avqust 2020
Xəzərdə dalğanın hündürlüyü 4.8 metrə çatdı

Faktiki hava açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə avqustun 22-si səhərədək bəzi şimal-qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə şimal-qərb küləyi güclənib.


Düşən yağışın miqdarı Balakəndə 20, Ceyrançöl, Qrız, Daşkəsən, Zaqatalada 1 mm olub. Şimal-qərb küləyi arabir Gəncə, Neftçalada 20 m/s, Ağstafada 18 m/s, Şəmkirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında: Qum adasında 28 m/s, Bakıda 27 m/s, Çilov adası, Pirallahıda 25 m/s, Maştağa, Sumqayıtda 24 m/s, Ələt, Neft Daşlarında 22 m/s, Binədə 19 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.8 metrə çatıb.


Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-34, aran rayonlarında 32-37, dağlıq rayonlarda 18-21, Naxçıvan MR-da 32-39 dərəcə isti olub.

Rubrikanın digər xəbərləri

Xəbər lenti