Xəzər Xəbər

Övladına toy edən sabiq deputat məhkəməyə gətirildi

Hadisə | 12:04 • 22 Avqust 2020
Övladına toy edən sabiq deputat məhkəməyə gətirildi

Avqustun 18-də qız övladına toy mərasimi keçirən keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev bu gün məhkəmə qarşısına çıxarılıb.

İ. Əliyev və R. Mustafayev Abşeron Rayon Məhkəməsinə gətirilib.

Məhkmə karantin qaydalarını pozduqlarına görə onların barəsində qərar verəcək.


***


Abşeron rayonunda karantin qaydalarını pozaraq övladına toy etmiş sabiq deputat İlhаm Əliyev hakim qarşısına çıxarılır.


XəzərXəbər-in xəbərinə görə, Abşeron rayon Məhkəməsində onun və toy məclisində iştirak etmiş daha bir neçə nəfərin cərimələnəcəyi gözlənilir.


Onların İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) cərimələnəcəyi ehtimal edilir. Həmin madə ilə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir.


İ.Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir.


Qeyd edək ki, həmin toy mərasimi ilə bağlı mətbuatda və sosial şəbəkələrdə video yayılıb. Görüntülərdə hazırda vəzifə tutan və sabiq məmurların toy mərasimində iştirak etdiyi görünür.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti