Xəzər Xəbər

Bakıda gecə dəhşətli hadisə: Ölən və yaralı var

Hadisə | 09:43 • 22 Avqust 2020
Bakıda gecə dəhşətli hadisə:

Bakının Suraxanı rayonunda ağır yol qəzası baş verib.


XəzərXəbər APA-ya istinadən xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.


1950-ci il təvəllüdlü Abdullayev Namiq Əvəz oğlunun idarə etdiyi "Range Rover" markalı nəqliyyat vasitəsi "Mercedes" markalı avtomobillə toqquşub. Zərbənin gücündən "Range Rover" bir neçə dövrə vuraraq səkinin üzərinə aşıb. Bu zaman səkidə olan 2002-ci il təvəllüdlü Şükürov Emin Ramiz oğlunu vurub.


E.Şükürov hadisə yerində ölüb. "Range Rover"in sürücüsü N.Abdullayev ağır bədən xəsarətləri alaraq 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.


Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti