Avqustun 20-də saat 13 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində faciəvi hadisə baş verib.
XəzərXəbər xəbər verir ki, Bakı şəhər sakini V.Abbasov idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri, 9 yaşlı Rüstəm Həsənovu və 7 yaşlı qardaşı Muradı vurub. Uşaqlar xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
Lakin Rüstəm orada ölüb.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.