Xəzər Xəbər

Bakıda əməliyyat - "Lotu Quli"nin qohumu həbs edildi

Hadisə | 12:45 • 21 Avqust 2020
Bakıda əməliyyat - "Lotu Quli"nin qohumu həbs edildi

Türkiyədə qətlə yetirilən "Lotu Quli" ləqəbli Nadir Səlifovun yaxın qohumu Bakıda saxlanılıb.


Saxlanılan şəxsin adı Natiq Binnətovdur. N.Binnətov bir neçə gün əvvəl Xətai rayonunda yerləşən restoranda cinayət törətməyə meylli bir qrup şəxslə birgə xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi təşkil edərkən saxlanılıb.


Onun və məclis iştirakçılarından daha bir neçə nəfərin üzərindən narkotik vasitə çıxıb. N.Binnətov və daha bir neçə nəfər barəsində həbs qətimkan tədbiri seçilib. N.Binnətov əvvəllər də həbsdə olub.


Xatırladaq ki, "Lotu Quli" ləqəbli Nadir Səlifov avqustun 19-dan 20-nə keçən gecə Antalyada oteldə gülllnərək qətlə yetirilib.(Report)

Xəbər lenti